Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Mətbəx Sirləri” adı ilə məşhur olan səhifəyə istinadla "Saciçi"nin necə hazırlanması ilə tanış edəcəyik.
Tərkibi:
Cücə əti, pomidor, kartof, yağ.
Hazırlanması:
Cücələri təmizləyib doğrayırıq, Duz, istiot əlavə edib qarışdırırıq. Sonra sacı qızdırırıq. Üzərinə duru yağı və əti əlavə edirik. Ət bir az bişdikdən sonra kartofu dilimləyib duzlayıb əlavə edirik. Ara-sıra kartofları çevirib əti qarışdırırıq. Sonra 3 hissəyə böldüyümüz pomidorları ətin üzərinə düzürük, 5-10 dəqiqə bişdikdən sonra sacımız hazırdır.
Nuş olsun!